Qırğız Respublikasında yaşayan Azərbaycan diasporunun nümayəndəsi Səlim Kərimov "Birlik" Qırğızıstan Azərbaycanlıları İctimai Birliyinin dəstəyi ilə Kant Şəhər Şurasının deputatı seçilib.
Diaspora.TV xəbər verir ki, Səlim Kərimov ölkənin və xalqın rifahı naminə, həmçinin Azərbaycan diasporunun fəaliyyətində, mədəniyyətinin təbliğində yaxından iştirak edəcəyini deyib.
Səlim Kərimov ictimai xadim olmaqla yanaşı, sahibkarlıq və xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.
Qeyd edək ki, məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi yayıb.