Tarix: 25.11.2024 / 12:48
Azərbaycanlı hüquq müdafiəçisi    Ermənistana buraxılmadı

Azərbaycanlı hüquq müdafiəçisi Ermənistana buraxılmadı

Gürcüstan vətəndaşı olan əslən azərbaycanlı hüquq müdafiəçisi Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib.

Diasprora.TV xəbər verir ki, bu barədə Samirə Bayramova sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, Varşava-Tbilisi reysi əlverişsiz hava şəraiti ilə əlaqədar İrəvanda məcburi eniş edib:

"Gürcüstan vətəndaşı olaraq ölkəyə buraxılmadım, (dedilər ki - red.) “milliyyətiniz problemdir”. Niyə biz bu münaqişənin bir hissəsi olmalıyıq?"

İctimai fəal buna görə Paşinyan rejimini qınayıb.

Samirə Bayramov növbəti paylaşımında Azərbaycan mediasını onu müxalifətçi kimi təqdim etməsindən də narahatlığını ifadə edib:

"Maraqlıdır Azərbaycanın bəzi mediası, aktivistləri və siyasətçiləri mənim haqqımda status yazanda niyə müxalifətçi yazırlar? Burda problemimiz azdır, bir az da siz artırın! Araşdırma aparmaq 1 dəqiqəlik işdir! Mən siyasətçi və ya müxalifətçi deyiləm! Sadəcə hüquq müdafiəçisiyəm".

Şərhlər

Yaz...