Tarix: 15.07.2024 / 22:29
Azərbaycanlı jurnalist   cərimələndi

Azərbaycanlı jurnalist cərimələndi

Güney Azərbaycanın Qəzvin şəhərindən olan azərbaycanlı jurnalist və sosial media fəalı Müctəba Rəhimi cərimə cəzasına məhkum edilib.

Diaspora.TV xəbər verir ki, bu barədə o özünün sosial media hesabında paylaşım edib.

"Prezident seçkisinin başa çatmasından sonra iyul ayının 13-də "yalan məlumat yaymaq və ictimai rəyi çaşdırmaq" ittihamına görə 6 milyon 600 milyon tümən (rəsmi məzənnə ilə 170 dollar) cərimə cəzasına məhkum edildim",- jurnalist yazıb.



Qeyd edək ki, İranda keçirilən Prezident seçkisi ilə bağlı 113 sosial media fəalı həbs edilib, onların çoxu dindirildikdən sonra girov qarşılığında sərbəst buraxılıb./GünazTV

Şərhlər

Yaz...