Şərqi Azərbaycan əyalətinin Əcəbşer şəhərindən olan jurnalist və media fəalı Hüseyn Cəfərian barəsində həbs qərarı çıxarılıb.
Diaspora.TV xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.
Bildirilib ki, Əcəbşer İkinci Cəza Məhkəməsi Cəfərianı "kiberməkanda yalan məlumatlar yaymaq"da günahlandırıb. Buna görə də, azərbaycanlı jurnalist 13 ay 16 gün azadlıqdan məhrum edilib.
İran radio və televizyasının yerli müxbiri olan Hüseyn Cəfərian həm də, "Əcəbşer mədəniyyəti" sosial media kanalının adminidir.
O, bundan əvvəl SEPAH-a bağlı "Fars" xəbər agentliyində də çalışıb./Günaz