Tarix: 02.08.2024 / 17:49
Azərbaycanlı  İsveçdə qətlə yetirilib

Azərbaycanlı İsveçdə qətlə yetirilib

30 iyul tarixində axşam saatlarında İsveçin Upplands şəhərində yaşayan azərbaycanlı Məhəmməd Xankişiyev yaşadığı evin yaxınlığında qətlə yetirilib.

Diaspora.TV xəbər verir ki, naməlum şəxslər onu atəş açaraq öldürüblər. Qətlin kriminal qruplaşmalar arasındakı münaqişə zəminində baş verdiyi ehtimal edilir.

M.Xankişiyev 14 ildir İsveçdə yaşayırmış. Onun şəhər restoranlarının birində növbə rəisi işlədiyi bildirilir. Hadisə baş verən gün evinə qonaq gəlib, qonağı yola salan zaman güllələnib.

M.Xankişiyevin nəşi hazırda ekspertizadadır.

Qeyd edək ki, hazırda M.Xankişiyevin nəşinin Azərbaycana göndərilməsi üçün ailəsinə kömək məqsədilə pul yığılır.



Şərhlər

Yaz...