Tarix: 23.10.2024 / 13:05
 Azərbaycanlı iş adamlarını kim qorumalıdır:    Azərbaycan, yoxsa...?

Azərbaycanlı iş adamlarını kim qorumalıdır: Azərbaycan, yoxsa...?

"Xaricdə fəaliyyət göstərən azərbaycanlı iş adamları yaşadıqları ölkənin qanunlarına görə müdafiə olunmalıdırlar".

Bu sözləri Diaspora.TV-yə açıqlamasında deputat Elşad Musayev xaricdə fəaliyyət göstərən azərbaycanlı iş adamlarını narahat edən cinayətkarlara qarşı mübarizənin hüquqi əsaslarından danışarkən deyib.

Deputat xaricdə yaşayan azərbaycanlı soydaşlarımızın həmin ölkənin hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb.

Xatırladaq ki, oktyabrın 20-də Marneuli bələdiyyəsinin Baydar kəndində iş adamı Vidadi Ömərovun evinə silahlı basqın olub. Naməlum şəxslər onun evinə əl qumbarası atıblar. Hadisə zamanı evdə ailə üzvləri, o cümlədən azyaşlı uşaqlar olub. Bir neçə həftə əvvəl naməlum şəxslər ona zəng edərək pul tələb ediblər. O, isə tələb olunan pulu verməkdən imtina edib.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...