Tarix: 18.06.2024 / 08:52
Azərbaycanlı iş adamları təhlükəsizliklərinə diqqət etməlidir   - Hüquq müdafiəçisi

Azərbaycanlı iş adamları təhlükəsizliklərinə diqqət etməlidir - Hüquq müdafiəçisi

“Xaricdə, hansısa ölkədə azərbaycanlı iş adamı, soydaşlarımız qanuni əsasla fəaliyyət göstərirsə, onun özünün və işinin qorunması ilk növbədə həmin dövlətin hüquq-mühafizə orqanlarının üzərinə düşür”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında hüquq müdafiəçisi İlqar Altay deyib. O bildirib ki, belə hallarda şəxsin özü, ya vəkili müvafiq instansiyalara müraciət etməlidir:

“Bundan başqa, diplomatik dəstək üçün həmin ölkədə olan səfirliyimizə, diasporumuza müraciət edə bilər”.

İlqar Altay tövsiyə edib ki, xarici ölkədə olan hər bir Azərbaycan vətəndaşı gərək ilk növbədə özü-öz təhlükəsizliyinə diqqət etməlidir:

“İzafi kənar işlər, addımlar, hərəkətlərdən yayınsınlar”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...