Tarix: 30.11.2024 / 10:09
Azərbaycanlı iş adamını  oğurlayan futbolçu həbs olundu

Azərbaycanlı iş adamını oğurlayan futbolçu həbs olundu

Rusiyada beş ortağı ilə birlikdə azərbaycanlı iş adamı Səmrat Cavadovun oğurlanması və amansız işgəncə verilməsi işində ittiham olunan Obninsk şəhərinin "Kvant" futbol klubunun futbolçusu Vitali Melnikov Moskva vilayətində həbs edilib.

Bu barədə Moskva vilayəti üzrə İstintaq Komitəsinin Mətbuat Xidməti məlumat verib.

Qeyd olunur ki, o, 2025-ci il yanvarın 18-dək həbsdə qalacaq. İdmançı və daha beş Kaluqa sakini zərərçəkəni qaçıraraq, Çexov şəhər rayonundakı meşəyə aparıb və orada işgəncə verib, bütün prosesi kameraya çəkiblər. Nəticədə kişi aldığı xəsarətlərdən yerindəcə keçinib.

Xatırladaq ki, azərbaycanlı iş adamı 30 yaşlı Səmrat Ədalət oğlu Cavadov oktyabr ayında itkin düşüb. İki həftə sonra onun meyiti meşədə tapılıb./Oxu.Az

Şərhlər

Yaz...