Tarix: 06.06.2024 / 12:49
Azərbaycanlı iş adamının oğlu Rusiyada məmuru döyüb  – Video

Azərbaycanlı iş adamının oğlu Rusiyada məmuru döyüb – Video

Rusiyada Xantı-Mansi Muxtar Dairəsində Faiq Quliyev adlı iş adamının oğlu Meqion şəhəri bələdiyyə nəzarəti şöbəsinin müdiri Semyon Qoliki məhkəmə binasında döyüb.

Diaspora.TV Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə 2023-cü ilin fevralında Semyon Qoliklə Faiq Quliyevin övladları arasında baş verən dava ilə bağlı məhkəmədən sonra baş verib. Belə ki, məhkəmə zalını tərk etdikdən sonra tərəflər söhbəti davam etdiriblər. Lakin onlar arasında qarşılıqlı anlaşmaya nail olmaq mümkün olmayıb.

Nəticədə Quliyevin kiçik oğlu gücdən istifadə edərək S.Qolikə zərbə endirib. Məlumatı Semyon Qolik özü də təsdiqləyib və hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Ailədən dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki iş cinayət işinə çevrilib.

Yerli KİV Faiq Quliyevin azərbaycanlı olduğunu yazır.

Şərhlər

Yaz...