Tarix: 24.10.2024 / 17:37
Azərbaycanlı iş adamının evinə silahlı hücum edənlər saxlanıldı    – VİDEO

Azərbaycanlı iş adamının evinə silahlı hücum edənlər saxlanıldı – VİDEO

Marneulidə azərbaycanlı iş adamının evinə silahlı hücum edənlər saxlanılıb. Onlar 23 yaşlı S.A və 18 yaşlı İ.X-dir.

Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, təqsirləndirilən şəxslər müxtəlif dövrlərdə xaricdə yaşayan kriminal avtoritetlərin tapşırığı ilə Marneuli bələdiyyəsində iş adamlarını ölüm və əmlaklarını məhv etmək hədəsi ilə külli miqdarda pul tələb ediblər.

İş adamlarından imtina cavabı aldıqları halda isə onların həyətlərinə əl qumbarası atıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hər iki şəxsi həbs edib. Saxlanılan şəxsləri 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.





Şərhlər

Yaz...