Tarix: 20.08.2024 / 00:41
Azərbaycanlı iş adamının bu hərəkəti  tənqid olundu

Azərbaycanlı iş adamının bu hərəkəti tənqid olundu

Rusiyanın Yaroslavl vilayətində yaşayan azərbaycanlı iş adamı Eman Əzizov özünə qeyri-adi ad günü keçirib. Belə ki, o, doğum günündə özünü qədim Misir Fironuna bənzədib, tabeliyində çalışan işçilərini isə qul kimi geyindirib.

Diaspora.TV xəbər verir ki, bu barədə sosial şəbəkədə fotolar paylaşılıb.

Paylaşımda bildirilib ki, işçilər müəssisə rəhbərlərini gəzdirmək üçün qul obrazına giriblər.

Şənlikdən olan fotoşəkillərdən göründüyü kimi, qədim Misir qullarını təsvir edən dörd kişi firon paltarı geyinmiş müdirlərini arabada aparırlar.

Azərbaycanlı iş adamının bu hərəkəti sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunub.

Şərhlər

Yaz...