Tarix: 12.10.2024 / 14:40
"Xoş gəldin" məsələsi böyüyür - Azərbaycanlı iş adamından sərt cavab

"Xoş gəldin" məsələsi böyüyür- Azərbaycanlı iş adamından sərt cavab

"Siyasi şərhlər vermək istəmirəm, lakin mövcud tendensiya göstərir ki, onlar siyasi problemləri yaratmağa çalışırlar. Radio-televiziya bütün etnik qruplara aiddir. Etnik qruplar bir araya gələrək İran əhalisini təşkil etdilər. İran etnik qruplarını niyə ayırmaq istəyirsiniz? Separatçı biz yox əslində bu davranışınızla sizsiniz".

Diaspora.TV xəbər verir ki, bu barədə açıqlama ilə "Ata" Hava Yollarının sahibi, azərbaycanlı iş adamı Zunuzi irqçi jurnalistlərdən birinin tvitinə cavab olaraq deyib.

"Ata" Hava Yollarında Təbrizdən səyahət edərkən və ya Təbrizə gedərkən sərnişinləri ingilis və fars dillərindən başqa türkcə də qarşılayırıq, lakin bir nəfər tvitində “Atadan separatçılıq başlayıb” yazıb. Niyə belə damğa vurub, konstitusiyanı pozursunuz", - deyə Zunuzi bildirib.

Zunuzi daha sonra deyib ki, türklər və digər xalqlar hamısı bu ölkə üçün çox çalışıblar:

"Tarixi oxuyun və görün nə baş verdi və bu ölkəni kim saxladı. Bütün xalqlar, xüsusilə soydaşlarımız çox çalışıblar…"


Şərhlər

Yaz...