Bursada keçirilən əməliyyatda azərbaycanlı iş adamını tapança ilə hədələyərək xəsarət yetirdiyi iddia edilən 10 şübhəli saxlanılıb.
Diaspora.TV xəbər verir ki, hadisə sentyabrın 25-də Gürsu rayonunda yerləşən çayxanada baş verib.
Başına dəbilqə taxmış şübhəli şəxs içəri girərək masa arxasında əyləşən azərbaycanlı iş adamına atəş açıb. İş adamı ayağından vurularkən təcavüzkar kənarda motosikletdə gözləyən digər dəbilqəli şübhəli ilə birlikdə qaçıb.
Hadisə yerinə polis və təcili yardım xidməti gəlib, yaralı xəstəxanaya çatdırıb.
İş adamı ifadəsində özünü “Dalton” kimi təqdim edən cinayətkar təşkilat tərəfindən hədələndiyini bildirib.
Prokurorluğun başlatdığı istintaq çərçivəsində cinayətkarlara “Cinayət törətmək məqsədi ilə yaradılmış təşkilata üzv olma” və “Cinayətkar təşkilatların yaratdığı hədə-qorxu gücündən istifadə edərək cinayətkarın xeyrinə bir neçə şəxs tərəfindən silahla birlikdə talama” cinayətlərinə görə, Təşkilat Sülh Cəza Hakimliyi tərəfindən 9 şübhəli barəsində həbs qərarı çıxarılıb, 1 şübhəli prokurorluq tərəfindən ifadəsi alındıqdan sonra sərbəst buraxılıb, digər 1 şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.