Tarix: 21.11.2024 / 18:00
Azərbaycanlı iş adamının adı qaçaqmalçılıqda hallanır:    Həbs ediləcək

Azərbaycanlı iş adamının adı qaçaqmalçılıqda hallanır: Həbs ediləcək

İstanbul Hava Limanında 16 kq qızılı qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstəriblər.

Diaspora.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qaziosmanpaşa Respublika Prokurorluğu hadisə ilə bağlı təfərrüatları açıqlayıb. Belə ki, qeyri-qanuni yollarla Türkiyəyə qızıl keçirməyə çalışan şəbəkənin yol xəritəsi və şübhəlilər aşkarlanıb.

Müəyyən edilib ki, hava limanında özünü “vəkil” kimi təqdim edən şəxslə birgə iki təhlükəsizlik əməkdaşı qanunsuz yolla ölkəyə keçirməyə çalışdıqları hər 1 kiloqram qızıl müqabilində 1000 dollar almaq üçün sövdələşiblər. Sözügedən şəxslər hava limanının qarşısında gözləyən kuryerə qızılları təhvil veriblər. O, isə qızılları azərbaycanlı iş adamına göndərib.

Şübhəli qrup həbs edilib.

Barəsində həbs qərarı çıxarılan Azərbaycan əsilli iş adamının isə hazırda xaricdə olduğu bildirilir.



Şərhlər

Yaz...