Tarix: 20.04.2024 / 17:36
Azərbaycanlı iş adamı   Moskvada güllələndi

Azərbaycanlı iş adamı Moskvada güllələndi

Moskvada 61 yaşlı azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb. N.Əhmədov sinəsindən bir neçə güllə yarası alıb, sonra isə onun başına nəzarət atəşi açılıb.

Diaspora.TV Rusiya mediasına istinadən xəbər verir ki, qatil əvvəl qaz tapançasından atəş açıb, sonra isə həqiqi güllə ilə N.Əhmədovu öldürüb.

Qatil atəş açan zaman Nazim Əhmədovun rəsmi həyat yoldaşı Ofelya Əhmədova maşında olub. Şübhəli qadının olduğu istiqamətə də atəş açıb, lakin güllələr boşa gedib.

İstintaq Komitəsi qətllə bağlı “Qətl” və “Qanunsuz silah alveri” maddələri ilə cinayət işi açıb.

Bildirilir ki, N.Əhmədov xanımı O.Əhmədova ilə birlikdə Sverdlov küçəsində yerləşən “Yunis” ərzaq mağazasının sahibi olub. Hazırda həmin mağazanı onların oğlu idarə edir.

Ehtimallara görə, şübhəli şəxs 53 yaşlı Vyaçeslav S.-nin qeydiyyatında olan KIA Spectra markalı avtomobillə qaçıb.

Rusiya KİV-ləri N.Əhmədovun şəxsi həyatının təfərrüatlarına aydınlıq gətirib. Qeyd olunub ki, onun Azərbaycanda hələ də qeyri-rəsmi həyat yoldaşı var.

Şərhlər

Yaz...