Moskvada yaşayan azərbaycanlı iş adamı Emin Ağalarov bir ayda restoranlara 250 min dollar xərcləyib.
Diaspora.TV xəbər verir ki, bu barədə Moskva-Baku məlumat yayıb.
Paylaşımda qeyd olunub ki, tamaşaçıları cəlb edən başqa bir mövzu isə Ağalarovun dostlarının və biznes tərəfdaşlarının toplaşdığı restoranlarda pul xərcləməsi olub.
Ağalarovun dediyinə görə, o, heç vaxt sevdikləri üçün hədiyyələrdən yayınmır, əziz qonaqlar üçün ikramlar edir. Müğənni yaxınları özünü rahat hiss etdiyi müddətcə restoranda hesabı çəkinmədən ödəyəcək.
Ağalarovun Moskvada, Sankt-Peterburqda, Dərbənddə, Bakıda isə yeddi restoranı var. İş adamı öz müəssisələrində bütün vacib və işgüzar görüşləri təşkil edir.