Tarix: 09.10.2024 / 11:20
Azərbaycanlı iş adamı   aclıq aksiyası keçirir

Azərbaycanlı iş adamı aclıq aksiyası keçirir

Qərbi Azərbaycan əyalətinin Makı şəhərinin həbsxanasında saxlanılan iş adamı və siyasi fəal Həsən Oruczadə aclıq aksiyasına başlayıb.

Diaspora.TV xəbər verir ki, bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, bölgədə həm də xeyriyyəçilik fəaliyyətləri ilə tanınan azərbaycanlı fəal, bu vasitə ilə təhlükəsizlik və məhkəmə sisteminin onun işinə ədalətsiz münasibətlərinə etiraz edir.

Oruczadə Makı Prokurorluğunun işə ədalətlə baxmayacağı müddətə qədər aclıq aksiyasını davam etdirəcəyini və həyatı ilə bağlı baş verə biləcək istənilən təhlükəyə görə məhkəmə sisteminin məsuliyyət daşıdığını bildirib.

Qeyd edək ki, sentyabrın 28-də həbs edilərək Makı həbsxanasına köçürülən Həsən Oruczadə Manas Holdinqin təsisçisidir./Azadİran





Şərhlər

Yaz...