Başqırdıstanın Blaqoveşenski rayon məhkəməsi xarici vətəndaşın yerli sakinlə nikahını etibarsız hesab edib.
Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, Blaqoveşensk Rayonlararası Prokurorluğu iddia qaldırıb və müəyyən edib ki, 2023-cü ilin aprelində Azərbaycan vətəndaşı Askinski rayon sakini ilə saxta nikaha daxil olub. Qeydiyyat şöbəsində "gəlin" saxta hamiləlik şəhadətnaməsi təqdim edib.
Qeydiyyatdan keçdikdən sonra xarici vətəndaş Rusiya Hökuməti tərəfindən təsdiq edilmiş kvota nəzərə alınmadan Rusiyada müvəqqəti yaşamaq icazəsi alıb. Üstəlik, əcnəbi Azərbaycanda 2007-ci ildən evlidir.
Prokurorluq əlavə edib ki, xarici vətəndaşın Rusiyada müvəqqəti yaşama icazəsi ləğv ediləcək.
Saxta hamiləlik şəhadətnaməsinin təqdim edilməsi faktına əsasən, hüquq verən və ya öhdəliklərdən azad edən qəsdən saxta rəsmi sənədin istifadəsi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsinin 3-cü hissəsi) ilə bağlı cinayət işi açılıb.
Maddənin sanksiyaları bir ilə qədər həbs cəzasını nəzərdə tutur.