Tarix: 16.08.2024 / 14:35
Azərbaycanlı ilə nikaha girən rus qızına cinayət   işi açıldı

Azərbaycanlı ilə nikaha girən rus qızına cinayət işi açıldı

Udmurtiyada polis tərəfindən qondarma nikah ifşa edilib.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı Udmurtiya Respublikasının polis idarəsi tərəfindən Azərbaycan vətəndaşı ilə ailə həyatı qurmuş İjevskdən olan 22 yaşlı xanıma qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi “Qanunsuz miqrasiyanın təşkili” ilə cinayət işi başlanıb.

İstintaqın fikrincə, bu nikah ailə üçün deyil, azərbaycanlıya Rusiyada məhdudiyyətsiz yaşamaq icazəsi kimi imtiyazlar əldə etmək məqsədilə yaradılıb.

Hazırda iştirakçının özü nikahın ləğvi ilə bağlı təşəbbüs irəli sürüb.



Şərhlər

Yaz...