Tarix: 26.10.2024 / 16:23
Seçki saxtakarlığı edən azərbaycanlı barəsində  cinayət işi qaldırldı

Seçki saxtakarlığı edən azərbaycanlı barəsində cinayət işi qaldırldı

Daxili İşlər Nazirliyi Marneulidə seçki bülletenlərinin kütləvi şəkildə qutuya atılması ehtimalı ilə bağlı araşdırmalara başlayıb.

Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, nazirlikdən verilən məlumata görə, istintaq Cinayət Məcəlləsinin seçkilərin saxtalaşdırılmasını nəzərdə tutan 164-cü maddəsinin üçüncü hissəsi ilə aparılır.

Məlumatda qeyd olunub ki, sözügedən maddə 2 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə qayda pozuntusu yaradan şəxsin Marneuli Bələdiyyə sədrinin müavini Rövşən İskəndərovun olduğu bildirilir.

Şərhlər

Yaz...