Pərəstişkarları MDB ölkələrində populyar olan azərbaycanlı ifaçı Jony (Cahid Hüseynli) və bloger Valya Karnaval arasında romantik münasibətdən şübhələnirlər.
Diaspora.TV xəbər verir ki, pərəstişkarlarının diqqətini çəkən Karnaval və Coninin eyni vaxtda tətilə getməsi və sosial şəbəkələrdə oxşar məzmunlu paylaşımlar etməsi bir çoxlarının məşhurların romantik əlaqədə olduqlarına inanmasına səbəb olub.
Coni sosial şəbəkələrdə və Rusiya mediasında yayılan şayiələrə heç bir şəkildə şərh verməyib.
Valya isə bu açıqlamanı verib:
“Mənə kiminləsə roman yazmağı dayandırın. Təsdiqlənməmiş məlumatları, uydurma faktları, sadəcə olaraq havadan çıxarılıb, informasiya sahəsinə buraxmağı dayandırın. Hazırda il yarımdır münasibətdə deyiləm. Təzəcə məzuniyyətə getmişdim, hətta burada da dincəlməyə qoymurlar. Xahiş edirəm bu cəfəngiyatı dayandırın”.