Tarix: 13.09.2024 / 11:14
Azərbaycanlı ifaçı xarici agent kimi   tanına bilər

Azərbaycanlı ifaçı xarici agent kimi tanına bilər

İfaçılar Klava Koku, Bianka və MDB ölkələrində populyar olan azərbaycanlı ifaçı Jony (Cahid Hüseynli) xarici agent kimi tanına bilər.

Diaspora.TV xəbər verir ki, bu barədə Mash Telegram kanalı yazıb.

Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin (FPBC) nümayəndələri Rusiya Federasiyasının Baş Prokurorluğuna ifaçıların fəaliyyətlərinin xaricdən maliyyələşməsini yoxlamaq xahişi ilə müraciət ediblər.

FPBC-nin məlumatına görə, ötən ilin oktyabrında ulduzlar Almaniyada böyük Glamotion festivalı çərçivəsində konsertlər verib və çıxışlarına görə avro ilə qonorar alıblar.

Tədbirin təşkilatçıları Aleksey və Nadejda Knisdir. Təşkilatçıların aktiv anti-Rusiya mövqeyi tutduğu və həmçinin Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün pul yığdığı qeyd edilir .



Şərhlər

Yaz...