Tarix: 29.08.2024 / 10:30
Azərbaycanlı ifaçı beynəlxalq musiqi festivalında   qalib oldu

Azərbaycanlı ifaçı beynəlxalq musiqi festivalında qalib oldu

Soçidə 20-ci dəfə keçirilən gənc ifaçıların “Yeni dalğa 2024” beynəlxalq musiqi festivalı başa çatıb.

Diaspora.TV xəbər verir ki, Azərbaycanı “Yeni Dalğa 2024”də “Bakı Payızı - 2023” Azərbaycan milli müsabiqəsinin vokal nominasiyasında qalibi, eyni zamanda “Səs Azərbaycan” vokal şousunun ikinci mövsümünün iştirakçısı olan Anar Ağayev təmsil edib.

İqor Krutoy, Larisa Dolina, Ani Lorak və başqalarının daxil olduğu peşəkar münsiflər heyətinin səsvermə nəticələrinə əsasən, Azərbaycan təmsilçisi üçüncü yeri tutub.

Üçüncü yer üçün müsabiqə diplomunu A.Ağayevə Rusiya Federasiyasının xalq artisti Larisa Dolina təqdim edib və o, bunları vurğulayıb:

"Çox şadam ki, həmyerlimə - bütün janrların öhdəsindən gələ bilən heyrətamiz və hazır bir sənətçiyə diplom təqdim edirəm".

Müsabiqənin diplomunu alan Azərbaycan təmsilçisi bütün müsabiqə komandasına və peşəkar münsiflər heyətinə minnətdarlığını bildirib:

“Doğma şəhərim Bakını, ölkəmi, vətənim Azərbaycanı layiqincə təmsil edə bildiyimə görə hədsiz dərəcədə şadam.Təşəkkür edirəm. Yaşasın Azərbaycan!”

Rusiya Federasiyasının xalq artisti Oleq Qazmanov A.Ağayevi “Yeni dalğa”da üçüncü yer tutması münasibətilə təbrik edərək bunları deyib:

“Çox şadam ki, sizin belə yüksək yeriniz var və bu, sizin üçün asan olacaq. Azərbaycanın böyük xanəndələri Rəşid Behbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlunun böyük ənənələri var, onların ənənələrini davam etdirirlər. Bu, gözəldir”./1News.az


Şərhlər

Yaz...