Tarix: 24.10.2024 / 12:01
Azərbaycanlı idmançı Rusiyada döyüldü    – VİDEO

Azərbaycanlı idmançı Rusiyada döyüldü – VİDEO

Rusiyanın Engels şəhərində yerləşən barların birində keçmiş MMA döyüşçüsü Cavid Rzayevlə Tümen idmançısı Daniil Sidorov arasında dava düşüb.

Diaspora.TV xəbər verir ki, bu barədə "Shot" telegram kanalı məlumat yayıb.

“Tümenli idmançı Daniil Sidorov Cavid Rzayevə hücum edib. Nəticədə Rzayevin dişi qırılıb", - deyə bildirilib.

Qeyd edək ki, Cavid Rzayev “Hardkor liqası” turnirində rusiyalı Artur Kulinskini təhqir edərək onu “rus donuzu” adlandırmışdı. O, bu təhqirə görə yarışlardan ömürlük uzaqlaşdırılıb.



Şərhlər

Yaz...