Tarix: 16.12.2024 / 22:11
Azərbaycanlı idmançı Pezeşkiandan ədalət   tələb etdi

Azərbaycanlı idmançı Pezeşkiandan ədalət tələb etdi

Güney Azərbaycanın Mərənd şəhərindən olan gənc paralimpiya idmançısı Zəhra Rəhimi türk dilində İran Prezidenti Məsud Pezeşkiandan paralimpiyaçılar üçün ədalət istəyib.

Diaspora.TV xəbər verir ki, bu barədə Günaz.TV məlumat yayıb.

Məlumata görə, Güney Azərbaycanın para-tekvondoçusu Paris Oyunlarında medal qazanan idmançıların mükafatlandırılması mərasimində prezidentə ədalət çağırışı edib.

“Olimpiya və Paralimpiya oyunlarına baxışınız eyni olmalıdır” - deyə o bildirib.


Şərhlər

Yaz...