Güneyli həkim və fəal Əli Əkbər Süleymanlı qəzada həyatını itirib.
Diaspora.TV xəbər verir ki, bu barədə GADTB məlumat yayıb.
“Ölüm Yolu” kimi tanınan Dizəcdiz-Xoy yolunda baş verən qəzada həkim və tələbə hərəkatı fəalı Əli Əkbər Süleymanlı həyatını itirib.
Qəza zamanı iki avtomobil toqquşub, nəticədə iki nəfər həyatını itirib.
Qeyd edək ki, Əli Əkbər Süleymanlı Xoyi Xəstəxanasının gənc həkimi, Azərbaycanın tələbə fəalı və Həmədan Tibb Elmləri Universitetində Şəhriyar tələbə təşkilatının keçmiş katibi olub.