Tarix: 22 İyun 2024 17:02 | Baxış sayı: 740
Moskvanın ən yaxşı stomatoloq-cərrahı  azərbaycanlıdır

Moskvanın ən yaxşı stomatoloq-cərrahı azərbaycanlıdır

Azərbaycanlı həkim 2024-cü ildə Moskvanın ən yaxşı stomatoloq-cərrahlarının reytinqi siyahısına başçılıq edib.

Diaspora.TV xəbər verir ki, “Komsomolskaya Pravda” nəşri 2024-cü ildə Moskvanın ən yaxşı 10 stomatoloq-cərrahının reytinqini dərc edib.

Bu siyahıda birinci yeri stomatoloq-cərrah, Moskvadakı “Estet” stomatoloji klinikalar şəbəkəsinin baş həkimi Sabit Əliyev tutub. Həmyerlimiz 20 ildən artıq təcrübəyə malik implant cərrahıdır. O, Frankfurt Universitetinin diş implantasiyası üzrə məzunu, A-2 implantları üzrə ekspertdir.

Sabit Əliyev implantasiyada mürəkkəb klinik hallar sahəsində mütəxəssisdir. O, tez-tez federal mediada, habelə Rusiyada keçirilən stomatoloji konfrans və simpoziumlarda ekspert və məruzəçi qismində çıxışlar edir.

Sabit Əliyev həm də yazıçıdır. O, Yazıçılar Birliyinin və Rusiya Peşəkar Yazıçılar İttifaqının üzvü, 17 kitabın müəllifidir. 2021-ci ildə onun “Mənim evim Şuşa” adlı kitabı Rusiyada nəşr olunub.

Reytinq aşağıdakı parametrlərə əsaslanır: iş stajı, həkimin təcrübəsi və ixtisası, diaqnoz və müalicə üsulları, xəstələrin qiymətləndirilməsi və rəyləri, xidmətlərin qiymətləri, mütəxəssisin müayinə olunduğu klinikanın infrastrukturu.

Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır