Almaniyada yaşayan və orada fəaliyyət göstərən Qulaq, burun, boğaz və üz plastik cərrahı Cavid Hüseynzadə Almaniya Şəhər Xəstanaxası palatasının görüntülərini paylaşıb.
Diaspora.TV xəbər verir ki, videoda bir neçə məqam - xüsusilə pasientlərin rahatlığının təmin olunması üçün xəstə otaqlarındakı elektron çarpayılar diqqət çəkib.
Hüseynzadənin sözlərinə görə, bu xəstələrin hərəkət zamanı çətinlik çəkməmələri və özlərini istədikləri kimi idarə etmələri baxımından faydalıdır.
Eyni zamanda xəstələrə görə nəzərdə tutulan hamam və sanitar qovşaqlarda pasientlərin halı pisləşərsə, tibb bacısını köməyə çağırmaq üçün təcili hal düymələri də yerləşdirilib.