Tarix: 01.11.2024 / 10:30
Azərbaycanlı güləşçi dağıstanlı rəqibini    məğlub etdi

Azərbaycanlı güləşçi dağıstanlı rəqibini məğlub etdi

Dağıstan təmsilçisi Zaur Uquyev Albaniyada keçirilən sərbəst güləş üzrə dünya çempionatında çıxışını medalsız başa vurub. Buna baxmayaraq, o, üçüncü yer uğrunda mübarizəyə qalxaraq güclü qələbə əzmi nümayiş etdirib. Təkrar görüşlərdə Uquyev yüksək məharət və sona qədər mübarizə əzmi nümayiş etdirərək Çin və Fransadan olan rəqiblərini məğlub edib.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd olunub ki, həlledici döyüşdə dağıstanlı güləşçi 61 kq çəki dərəcəsində 2023-cü ilin dünya çempionu, azərbaycanəsilli Amerika idmançısı Vitali Orucevlə üz-üzə gəlib. Uquyev bütün səylərinə baxmayaraq, üstünlüyü əldə edə bilməyib və turniri dördüncü yerdə başa vurub.











Şərhlər

Yaz...