Bədii gimnastika üzrə dəfələrlə Avropa çempionu olan azərbaycanlı Lalə Kramarenko “Rusiyanın qüruru: İlin idmançısı” nominasiyasında Milli İdman Mükafatını qazanıb.
Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Mərasim çərşənbə günü Moskvada Rusiya Federasiyası İdman Nazirliyinin binasında keçirilib. Qalib bir milyon rubl mükafat qazanıb.
“Burada olmaqdan şadam, bu mənim üçün böyük şərəfdir. Atama, anama, bacıma, Mixail Deqtyarevə, İrina Aleksandrovnaya təşəkkür edirəm”, - deyə Kramarenko bildirib.
Mükafata iddiaçılar şort-trek üzrə çoxsaylı Dünya və Avropa çempionu Yekaterina Aldoşkina və hündürlüyə tullanma üzrə ikiqat Rusiya çempionu Mariya Koçanova olub.
Qeyd edək ki, milli idman mükafatı Rusiya hökuməti tərəfindən 2010-cu ildə təsis edilib.