Tarix: 04.11.2024 / 09:43
Azərbaycanlı general    rüşvət alarkən həbs edildi

Azərbaycanlı general rüşvət alarkən həbs edildi

Rusiya Federasiyasının paytaxtı Moskvada Rusiya Qvardiyasının maddi-texniki təminat üzrə rəis müavini Mirzə Mirzəyev həbs edilib.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, 52 yaşlı general-mayor 480 milyon rublluq müqaviləni pozmaqla hədələyərək, yığma tikililər üçün modul təchizatçısından 140 milyon rubl tələb edib. O, pulu aldıqdan sonra saxlanılıb.

Qeyd edək ki, vəkillər Mirzəyevin ev dustaqlığına buraxılmasını istəyiblər. Lakin məhkəmə həbs olunan şəxsin 2025-ci il yanvarın 2-dək istintaq təcridxanasına salınmasında israr edib.


Şərhlər

Yaz...