Tarix: 17.10.2024 / 16:50
Azərbaycanlının festivalda çıxışı münsifləri heyran etdi   - VİDEO

Azərbaycanlının festivalda çıxışı münsifləri heyran etdi - VİDEO

Cəlilabad rayonundan olan Cəmil Məmmədov Moskvada keçirilən XV Beynəlxalq “Ağ qamış” xeyriyyə festivalında uğurla çıxış edib. Festivalın qala-konsertində 12 yaşlı Cəmil rusiyalı müğənni Yelena Maksimova ilə birlikdə “Happiness is inside” mahnısını ifa edib.

Diaspora.TV xəbər verir ki, bu barədə AzeSputnik-ə gənc ifaçının müəllimi məlumat verib.

Rusiyanın xalq artisti Diana Qurtskaya azərbaycanlı oğlanın istedadına heyran qalıb. Ona müxtəlif hədiyyələr təqdim edib.

Qeyd edək ki, festivalda 11 ölkədən - Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ermənistan və Özbəkistandan görmə məhdudiyyətli gənc ifaçılar iştirak ediblər.

Şərhlər

Yaz...