Tarix: 07 Sentyabr 2024 15:40 | Baxış sayı: 375
 Azərbaycanlı gənc NASA-da işə    başladı

Azərbaycanlı gənc NASA-da işə başladı

Soydaşımız Bəhruz Əhədov NASA-nın “Reaktiv Hərəkətlər Laboratoriyası”nda (JPL) Postdoktoral Tədqiqatçı kimi fəaliyyətə başlayıb.

Diaspora.TV “New Diaspora of Azerbaijan”- a istinadən xəbər verir ki, o, NASA-da yer qabığının deformasiyası, palçıq vulkanlarının fəaliyyəti və Xəzər dənizi səviyyəsindəki dəyişikliklərin sahil xəttinin dinamikasına təsirini öyrənmək də daxil olmaqla vacib layihələr üzərində işləyəcək.

Qeyd edək ki, soydaşımız ABŞ Dövlət Departementinin təşkil etdiyi qlobal təhsil mübadilə proqramı olan “Fullbright” təqaüd proqramının da qalibidir.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Çin Elmlər Akademiyası Universitetinin əməkdaşı olub.

“Dəstəyin keyfiyyəti kəmiyyətdən daha vacibdir. Əgər səyləriniz tam qiymətləndirilmirsə, onların dəyərli olduğu yerləri tapın. Özünüzə hörmət edin və məqsədlərinizə diqqət yetirin” – deyə B.Əhədov bildirib.



Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır