Fransanın Nant şəhərində yaşayan gənc həmyerlimiz 7 yaşlı Telman Real Madrid Məktəb Akademiyasının nümayəndələri tərəfindən seçilib. Akademiya nümayəndələri Fransaya gələrək məktəbləri üçün gənc istedadları seçib və onlar üçün təlimlər keçiblər.
Diaspora.TV xəbər verir ki, bu barədə Avropa Azərbaycanlılarının sosial media platforması məlumat yayıb.
Qeyd olunub ki, Telman beş gün ərzində Real Madrid məktəbində onların aparıcı mütəxəssisləri ilə məşq edib. Telmandan başqa, Fransada yaşayan digər oğlanlar da seçilib. Lakin onların yaşı 13-15 aralığında olub.