Tarix: 29.08.2024 / 17:11
Rusiyada azərbaycanlı gənc əməliyyat zamanı     öldü

Rusiyada azərbaycanlı gənc əməliyyat zamanı öldü

Sankt-Peterburqda 20 yaşlı azərbaycanlı gənc əməliyyat olunduqdan sonra dünyasını dəyişib.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, faciə Dunay prospektində yerləşən özəl klinikalardan birində baş verib.

Klinikanın administratoru ötən gecə hüquq-mühafizə orqanlarına zəng edərək tibb müəssisəsində qalmaqallı vəziyyətin olduğunu bildirib. Hadisə yerinə gələn əməliyyatçılar həkimlərin qucağında dünyasını dəyişən azərbaycanlı gəncin (Rusiya vətəndaşlığı olub- red .) meyitini görüblər.

İstintaq müəyyən edib ki, onun badamcıqları kəsilib.

Ölümün səbəbini müəyyən etmək üçün meyit morqa aparılıb. İstintaq komitəsi işi öz üzərinə götürüb və baş verənlərin bütün hallarını müəyyən edəcək.


Şərhlər

Yaz...