Tarix: 01 Oktyabr 2024 22:25 | Baxış sayı: 191
Azərbaycanlı gənc    ASELSAN-da

Azərbaycanlı gənc ASELSAN-da

Akademik Zərifə Əliyeva adına liseyin məzunu olan Kənan Quluzadə Türkiyədə Nəcməddin Ərbakan Universitetində mexanika mühəndisliyi üzrə təhsil alır. Gənc soydaşımızın mexanika mühəndisliyinə olan marağı onu ASELSAN-a gətirib.

Diaspora.TV “New Diaspora of Azerbaijan”- a istinadən xəbər verir ki, ASELSAN Türkiyə Silahlı Qüvvələrinin Gücləndirilməsi Vəqfinin yaratdığı, dünyanın ən məşhur 40 müdafiə sənayesi şirkətindən biridir.

Soydaşımızın uğurları bununla bitmir. O, həm də təhsil aldığı universitetin dosent və professorlarının işlədiyi şirkətlərin mexanikalarını da dizayn edib.

2024-cü ilin iyul-avqust aylarında ASELSAN-da təcrübə keçən gənc soydaşımız öyrəndiyi bilgiləri, təcrübəsini Azərbaycanla bölüşmək istəyir və əsas məqsədi Azərbaycanın müdafiə sənayesinin daha da təkmilləşdirilməsinə, müasir müdafiə sistemləri ilə təchiz olunmasına dəstək göstərməkdir.


Şərhlər

Yaz...

İran İsrailin əmrlərini necə    icra edir?
Video Qalereya, Cənub vaxtı

İran İsrailin əmrlərini necə icra edir?