Tarix: 28.09.2024 / 17:56
Azərbaycanlı futbolçu komanda yoldaşı ilə    dalaşıb?

Azərbaycanlı futbolçu komanda yoldaşı ilə dalaşıb?

Almaniya mediasında yayılan xəbərlərə görə Azərbaycan millisinin sabiq futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" klubunda komanda yoldaşı Yannik Hofmann və Finn Elçlə mübahisə edib. Buna səbəb isə komanda yoldaşının Mahir Emrelini təhqir etməsi olub.

Diaspora.TV xəbər verir ki, bu barədə Oxu.Az-a danışan Mahir Emrelinin meneceri Elnurə Emreli xəbərin əsassız olduğunu bildirib:

"Mahir ilə əlaqə saxladım. O, komanda yoldaşı ilə dalaşmadığını, yayılan xəbərlərin isə tamamilə yalan olduğunu dedi. Mahirin komanda yoldaşları ilə arası olduqca yaxşıdır və "Hannover 96" ilə görüş üçün hazırlıqlarını davam etdirirlər".

Şərhlər

Yaz...