13 yaşlı "Olimp" futbol komandasının yetirməsi, Gürcüstanın Marneuli şəhərində yaşayan 13 yaşlı Raul Musayev, İtalyanın məşhur futbol klubu olan "İnter" komandasının Gürcüstan Akademiyasında çıxış edəcək.
Diaspora.TV xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Bildirilir ki, R.Musayevin 2025-ci ilin yanvarında 3 illik müqavilə bağlayacağı "İnter" akademiyasında onun mövqeyi sağ cinah və mərkəz müdafiəçisi olaraq müəyyən edilib.
Qeyd edək ki, onun xüsusi məşqçisi Emin Binnətov olub.