Tarix: 15:20 | Baxış sayı: 111
Azərbaycanlı futbolçu Alman klubunun televiziyasına müsahibə verdi    - VİDEO

Azərbaycanlı futbolçu Alman klubunun televiziyasına müsahibə verdi - VİDEO

"Milli komandada qol vurmaq heyrətamizdir, amma qalib gəlmək daha vacibdir".

Diaspora.TV xəbər verir ki, bunu "Nürnberq"də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniya klubunun televiziyasına müsahibəsində deyib.

27 yaşlı hücumçu klubda və yığmada fərqlənməsi haqqında danışıb:

"Millidə xoşuma gələn əsas şey matçı qazanmaqdır. Çünki bizim o qədər də çox vaxtımız yoxdur. Bir mövsümdə oyunumuz da azdır. Bu səbəbdən diqqətinizi yalnız qarşılaşmaya yönləndirirsiniz və qalib gəlməyin lazım olduğunu bilirsiniz. Kimin qol vuracağı isə vacib deyil. Ancaq oynadığın klubda hər şey fərqlidir. Sən hücumda çıxış edirsənsə, daha çox təzyiqdə olursan və fərqlənməyə ehtiyacının olduğunu düşünürsən. Burada fərqlənsən, eynisini milli komandada da göstərə bilərsən".

Qeyd edək ki, Mahir Emreli II Bundesliqanın IX turunda "Qroyter Fyurt" komandasını 4:0 hesabı ilə udub. / Report



Şərhlər

Yaz...

İran İsrailin əmrlərini necə    icra edir?
Video Qalereya, Cənub vaxtı

İran İsrailin əmrlərini necə icra edir?