Tarix: 08.10.2024 / 14:50
Azərbaycanlı fəalların evinə    hücum edilib

Azərbaycanlı fəalların evinə hücum edilib

ETTELAAT qüvvələri Şərqi Azərbaycan əyalətinin Şəbistər bölgəsinin Nadarlı kəndində yaşayan azərbaycanlı milli fəlların evlərinə hücum ediblər.

Diaspora.TV xəbər verir ki, azərbaycanlı fəallar Məhəmmədrza Əqdəsi, Hadi Əqdəsi, Vəhid Qafari və Calal Nurməhəmmədinin evlərində axtarış aparılıb.

Heç bir məhkəmə qərarı təqdim etmədən adı çəkilən fəalların mobil telefon, kompüter və kitabları müsadirə edilib.

Qeyd edək ki, ötən il də həmin kəndə yaşayan milli fəallar Araz Amani, Həsən Amani və Mürtəza Məhəmmədi həbs edilib və bir müddət sonra girov qarşılığında müvəqqəti azad ediliblər.

Bununla yanaşı həmin kənddən olan milli fəal Əli Rəzizadə Nadarlı hazırda Tehranın Evin həbsxanasında saxlanılır.

Şərhlər

Yaz...