Tarix: 17.10.2024 / 09:55
Güneyli soydaşlarımıza ağır həbs cəzası    verildi

Güneyli soydaşlarımıza ağır həbs cəzası verildi

İrqçi fars-molla rejimi 8 aydan çoxdur ki,Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı milli fəalları mühakimə edir.

Diaspora.TV xəbər verir ki, azərbaycanlı fəallar Araz Amani, Ayaz Seyfxah və Baqir Hacizadəyə qarşı casusluq ittihamı irəli sürülüb və hər birinə 8 il azadlıqdan məhrumetmə cəzası verilib.
Eyni zamanda, adı çəkilən fəalların hər biri “milli təhlükəsizliyə qarşı əlbir olmaq və toplaşmaq” ittihamına görə daha 5 il həbs cəzasına məhkum ediliblər.

Həmçinin, “milli təhlükəsizliyə qarşı əlbir olmaq və toplaşmaq”da günahlandırılan daha bir soydaşımıza - Hüseyn Piri barədə də 5 il həbs qərarı verilib.

Kamal Nuri isə 2 ili şərti olmaqla 3 il azadlıqdan məhrum edilib. 1 illik qalan həbs müddəti azaldılaraq sərbəst buraxılmasına qərar verilib.

Məhkəmə digər güneyli fəallar - Mürtəza Pərvin, Tahir Nəqəvi və Kərim Mərdanə barədə qərarını isə hələlik bildirilməyib.

Qeyd edək ki, adı çəkilən və digər fəallar fevral ayının 5, 6 və 7-də Xiyav, Ərdəbil, Rəşt, Urmu, Təbriz, Tehran, Kərəc və Astara şəhərlərində həbs ediliblər./GADTB




Şərhlər

Yaz...