Tarix: 30.09.2024 / 09:09
Azərbaycanlı fəallar həbs    edildi

Azərbaycanlı fəallar həbs edildi

Güney azərbaycanlı milli fəallar Vədud Əsədi və Yaşar Nikru mədəni fəaliyyətlərinə görə Rəşt şəhərinin İnqilab Məhkəməsinin 3-cü bölməsi tərəfindən həbs cəzasına məhkum ediliblər.

Diaspora.TV xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.

Vədud Əsədi "hökumət əleyhinə təbliğat", "müxalif qruplara üzv olmaq" "rəhbəri təhqir etmək" ittihamlarına görə 5 il 6 ay azadlıqdan məhrum edilib.

Yaşar Nikru isə "hökumət əleyhinə təbliğat"da günahlandırılıb və barəsində 1 il həbs qərarı çıxarılıb./ GünazTV



Şərhlər

Yaz...