Tarix: 23.09.2024 / 15:14
Azərbaycanlı  fəallar    dindirilib

Azərbaycanlı fəallar dindirilib

Sentyabrın 22-də Şərqi Azərbaycan əyalətinin Marağa şəhərindən olan 3 milli fəal polis qüvvələrinin kəşfiyyat bölməsinə çağırılıb.

Diaspora.TV xəbər verir ki, bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

Davud Əzimzadə, Hamid Yeganəpur və Mustafa Quluzadənin (Duman) bir neçə saat dindirildikdən sonra sərbəst buraxıldıqları qeyd olunub.

Adı çəkilən fəalların hansı səbəbə görə dindirildikləri barədə məlumat verilməyib./GünazTV



Şərhlər

Yaz...