Tarix: 26.10.2024 / 10:49
Azərbaycanlı fəallar  8 il müddətinə azadlıqdan    məhrum edilib

Azərbaycanlı fəallar 8 il müddətinə azadlıqdan məhrum edilib

Tehran İnqilab Məhkəməsinin hökmü ilə azərbaycanlı fəallar Səid Minayi və Aydın Məhəmmədi ümumilikdə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Diaspora.TV xəbər verir ki, xüsusi qəddarlığı ilə tanınan hakim Sələvatinin sədrlik etdiyi Tehran İnqilab Məhkəməsinin çıxardığı hökmə əsasən, Minayi “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və cinayət törətmək üçün əlbir olmaq” ittihamı ilə 5 il həbs cəzasına məhkum edilib.

Süleyman Məhəmmədi isə eyni ittihamla 3 il müddətinə azadlıqdan məhrum edilib./GADTB




Şərhlər

Yaz...