Tarix: 15.10.2024 / 14:44
Azərbaycanlı fəalın həbs müddəti    başa çatdı

Azərbaycanlı fəalın həbs müddəti başa çatdı

Şərqi Azərbaycan əyalətindən olan və Tehranın Evin həbsxanasında saxlanılan milli fəal Əli Rəzizadə Nadarlı 1 illik məhkumluq dövrünü başa vurduqdan sonra sərbəst buraxılıb.

Diaspora.TV xəbər verir kİ, bu barədə onun yaxınları sosial mediada paylaşım ediblər.

Bildirilib ki, oktyabrın 14-də həbsdən buraxılan fəalı insan haqları və milli-mədəni fəallar qarşılayıblar.

Qeyd edək ki, Əli Rəzizadə Nadarlı "pantürkizm qruplaşmasına üzv olmaqla ölkənin milli təhlükəsizliyinə xələl gətirmək"də ittiham edilib. 2023-cü ilin oktyabrın 29-da həbs cəzasını çəkmək üçün Evin həbsxanasına salınıb.

Məhkəmənin qərarına görə, Rəzizadə Nadarlı 1 illik həbs cəzasınıın başa çatmasına baxmayaraq, 2 il müddətinə siyasi, ictimai qurumlara üzv ola, sosial mediada fəaliyyət göstərə və ölkədən çıxa bilməz.




Şərhlər

Yaz...