Tarix: 18.11.2024 / 18:00
Azərbaycanlı fəalın atası    həbs edildi

Azərbaycanlı fəalın atası həbs edildi

Təbrizdə yaşayan azərbaycanlı milli fəal Fərhad Pakruhun atası Cəbrayıl Pakruh 6 ay müddətinə həbsə məhkum edilib.

Diaspora.TV xəbər verir ki, azərbaycanlı fəalın atası “yalan məlumatlar yaymaq”da günahlandırıb.

Məhkəmənin qərarına görə, Cəbrayıl Pakruh ölkənin rəsmi qəzetlərindən birində yaydığı məlumatların həqiqətə uyğun olmadığı barədə açıqlama verməli və üzr istəməlidir.

Qeyd edək ki, bundan əvvəl təhlükəsizlik məmurları Cəbrayıl Pakruhu döyüb və həbs ediblər./GADTB


Şərhlər

Yaz...