Tarix: 14.10.2024 / 17:30
Azərbaycanlı fəalın    edam hökmü ləğv edildi

Azərbaycanlı fəalın edam hökmü ləğv edildi

İrqçi fars-molla rejimi azərbaycanlı xanım və işçi hərəkatı fəalı Şərifə Məhəmmədiyə qarşı çıxardığı edam hökmünü ləğv etməyə məcbur olub.

Diaspora.TV xəbər verir ki, İranın Ali Məhkəməsi Rəşt şəhərinin Lakan həbsxanasında həbsdə saxlanılan azərbaycanlı işçi hərəkatı fəalı Şərifə Məhəmmədi barəsində çıxarılan edam hökmünün ləğvi barədə qərar verib.

Azərbaycanlı fəalın vəkili Əmir Rəisian deyib ki, müvəkkilinin işinə yenidən baxılması üçün cinayət işi Ali Məhkəmənin 39 saylı şöbəsinə geri göndərilib.

İnsan haqları fəallarının dediyinə görə, edam hökmünün ləğvi beynəlxalq insan haqları təşkilatlarının məsələni ictimailəşdirmələrindən və Şərifə Məhəmmədi barədə edam hökmünün əsassız olduğunu sübut etmələrindən sonra baş verib.

Qeyd edək ki, 5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi “xaricdə hökumətə müxalif olan təşkilata üzv olmaq”da günahlandırılıb./GADTB



Şərhlər

Yaz...