Tarix: 30.07.2024 / 15:41
Azərbaycanlı fəala ailəsi ilə əlaqə saxlamağa    icazə verilmir

Azərbaycanlı fəala ailəsi ilə əlaqə saxlamağa icazə verilmir

İrqçi fars-molla rejimi Təbrizin mərkəzi zindanında həbsdə saxladığı azərbaycanlı milli fəal və idmançı (boksçu) Kərim İsmayılzadəyə yaxınları ilə telefonla danışmasına qadağa qoyub.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Azərbaycanlı fəalın zindanda xüsusi bölməyə köçürülüb, fiziki, həm də psixoloji işgəncələrlə üzləşib.

Bildirilib ki, sağlamlıq durumu pisləşən və mədə ağrıları artan Kərim İsmayılzadə həbsdə olan milli fəalların etirazlarından sonra iyunun 25-də xəstəxanaya aparılıb.

Qeyd edək ki, Kərim İsmayılzadə 6 aylıq həbs cəzasını çəkməsi üçün aprelin 17-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq barmaqlıqlar arasına salınıb.

Şərhlər

Yaz...