Tarix: 03.10.2024 / 10:41
 Azərbaycanlı fəal zaminə    buraxıldı

Azərbaycanlı fəal zaminə buraxıldı

Azərbaycanlı yazıçı Zöhrə Vəfainin dəfn mərasimində molla rejimin ETTELAAT məmurları tərəfindən həbs edilən və Təbrizdə rejimin ETTELAAT İdarəsində bir neçə günlük sorğu-sualdan sonra zindana salınan Güney Azərbaycanın milli fəalı İbrahim Asimani dünən zaminə buraxılıb.

Diaspora.TV xəbər verir ki, bundan əvvəl Təbriz zindanından zəng zamanı o, Təbrizdə ETTELAAT İdarəsində dindirilərkən işgəncələrə məruz qaldığını və ayağından yaralandığını vurğulamışdı.

Qeyd edək ki,azərbaycanlı fəalın zaminə buraxılması üçün 100 milyonluq girov Təbrizdə rejimin prokurorluğunun 15-ci şöbəsi tərəfindən təyin edilib və onun məhkəmə işi müstəntiq Musəviyə təhvil verilib./GADTB



Şərhlər

Yaz...