Tarix: 07.11.2024 / 14:30
Azərbaycanlı fəalın taleyi barədə     məlumat yoxdur

Azərbaycanlı fəalın taleyi barədə məlumat yoxdur

ETTELAAT qüvvələri Ərdəbil şəhərində yaşayan Səhər Məmizadəni həbs edəndən indiyə kimi onun haqqında heç bir məlumat verilməyib.

Diaspora.TV xəbər verir ki, təhlükəsizlik qüvvələri oktyabrın 30-da Səhər Məmizadənin evinə basqın edərək onu saxlayıblar. Həbsindən 8 gün keçməsinə baxmayaraq, xanım fəalın harada olması hələ də bəlli deyil.

29 yaşlı sosial media fəalının məşhur iranlı reper Tumac Salehinin həbsinin ikinci ildönümü ilə bağlı paylaşımına görə həbs edildiyi ehtimal olunur.


Şərhlər

Yaz...